Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video

01:18 - 9 İyun 2026 - GÜNDƏM

 Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video

İyunun 5-nə keçən gecə baş vermiş gəmi hadisəsindən sonra Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Qismət Nadir oğlu Əliyevdən hələ də xəbər yoxdur.

BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunun Diyallı kənd sakini olan Qismət Əliyev Türkiyədən Rusiyaya doğru hərəkət edən, "Cunda" şirkətinə məxsus "Zirkon" yük gəmisində baş mexanik vəzifəsində çalışıb.

Hadisədən sonra ailəyə gəminin vurulduğu barədə məlumat verilib. Bildirilib ki, axtarış-xilasetmə işlərinə xüsusi heyət cəlb olunsa da, artıq bir neçə gündür ailə üzvləri onun taleyi ilə bağlı dəqiq məlumat ala bilmirlər.

Qismət Əliyevin yaxınları ondan gələcək hər hansı xəbəri böyük narahatlıqla gözlədiklərini bildiriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol