15 il Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini işləmiş Təranə Quliyeva qaldığı binada qalmaqallı hadisə yaşayıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata, siyasətçi yaşadığı mənzilin kommunal xərclərini ödəmək istəmədiyi üçün komendantla dalaşıb.
Həmin binanın komendantı da xanım olub. O, T.Quliyevadan kommunal xərcləri ödəməsini istəyərkən keçmiş məmur onunla dava edib, yüksək səslə davam edən sözlü mübahisənin əlbəyaxaya keçməsinin qarşısı alınıb.
Komendantın şikayətindən sonra T.Quliyeva aidiyyəti üzə polis idarəsinə çağırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Baş nazirin eks-müavini sonradan sərbəst buraxılıb.
Xəbəri rus dilində oxuyun: Экс-замминистра устроила скандал из-за "коммуналки"
Təranə Quliyeva bu məlumatla bağlı saytımızla əlaqə saxlayıb. Onun sözlərinə görə, 15 ildir sözügedən binada yaşayır, kommunal pulunu da həmişə vaxtı-vaxtında ödəyir:
“Komendant nəyə görəsə mənim barəmdə belə izahat verib. Mən kommunal ödəməkdən yayınmamışam. Bütün qonşular və əvvəlki komendant da bunu təsdiq edə bilər. Hansı ki, əvvəki komendant iki ay əvvəl işdən çıxıb”,-deyə T.Quliyeva əlavə edib.
Qeyd edək ki, 51 yaşlı siyasətçi 2000-2015-ci illərdə Naxçıvan MR-nın Baş nazirinin müavini işləyib. O, tanınmış musiqiçi, Naxçıvanın əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır.
Sail Ağasəlim
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı
- Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk