İyulun 1-dən etibarən “BakıKart” kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.
Bu barədə “BUTA.TV”ya “BakıKart”dan məlumat verilib.
Bildirilib ki, “BakıKart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Xəbəri rus dilində oxuyun: BakıKart подорожает с 1 июля
Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda “BakıKart” kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.
Qeyd edək ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.
- "Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verilib
- "Azercell" bu layihənin əhatə dairəsini genişləndirir
- Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
- Şadlıq saraylarında qiymətlər bahalaşdı - Video
- Sabah çimərliklərdə hava necə olacaq? - Proqnoz
- “İranın bankiri mənəm”
- Bakıda torpaq qiymətləri bir ayda 4% artdı
- Türkiyədən gələn TIR Zaqatalada "Şevrolet"i vurub aşırdı