Bakının Səbail rayonunda gecə klubunda dava olub.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonunun M.İbrahimov küçəsibdə yerləşən “Enjoy” gecə klubunun qarşısında baş verib.
Bir neçə nəfərin mübahisəsi davaya çevrilib və nəticədə klubun iki mühafiəzəçisi – 1994-cü il təvəllüdlü Vüsal Babayev və 2005-ci il təvəllüdlü Rəhim Səlimov saxlanılıblar.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə ittiham elan edilib.
İttihama görə, onlar gecə klubunun qarşısında bir neçə nəfərlə dava ediblər və polisin qanuni tələbinə tabe olmayıblar.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 20 gün müddətinə həbs ediliblər.
- "Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verilib
- "Azercell" bu layihənin əhatə dairəsini genişləndirir
- Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
- Şadlıq saraylarında qiymətlər bahalaşdı - Video
- Sabah çimərliklərdə hava necə olacaq? - Proqnoz
- “İranın bankiri mənəm”
- Bakıda torpaq qiymətləri bir ayda 4% artdı
- Türkiyədən gələn TIR Zaqatalada "Şevrolet"i vurub aşırdı