İtin insanı dişləməsinin quduzluq xəstəliyi riski yarada biləcəyi demək olar ki, hamıya bəllidir. İt dişləməsi zamanı quduzluq virusu heyvanın tüpürcəyi ilə birbaşa yaraya keçə bilər. Bu mərkəzi sinir sistemini zədələyən və təcili müdaxilə edilmədikdə ölümcül olan təhlükəli infeksiyadır.
Amma Xaçmaz rayonunun Yergüc kəndində isə uzunqulağın dişləməsi insan ölümünə səbəb olub.
Həmin kəndin 70 yaşlı sakini Murad Əsfəndiyarovu ölümündən bir həftə əvvəl uzunqulaq dişləyib. Yayılan xəbərlərdə ölüm faktı da bununla əlaqələndirlir. Bəs uzunqulaq dişləməsi nəticəsində 1 həftə sonra insan ölümü həqiqətən mümkündürmü?
BUTA.TV xəbər verir ki, infeksionist Azər Nağıyev Bakupost.az-a açıqlamasınmda uzunqulağın insanı dişləməsinin ölümə səbəb olmasının çox az ehtimal olunan hal olduğunu bildirib.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
“Bütün heyvanlardan quduzluq xəstəliyi yayıla bilər. Bu inkar edilmir. Amma hətta uzunqulağın dişləməsilə insan quduzluq xəstəliyinə tutulsa belə, bir həftəyə quduzluqdan adam ölmür. Ölümün başqa səbəbdən olma ehtimalı daha yüksəkdir. 70 yaşlı insanın başqa çoxsaylı problemləri ola bilər. Onda ürək, beyin xəstəliyi ola bilər, qəfləti qısa müddətli ölümlər də mümkündür”, - o deyib.
- Sabah çimərliklərdə hava necə olacaq? - Proqnoz
- “İranın bankiri mənəm”
- Bakıda torpaq qiymətləri bir ayda 4% artdı
- Türkiyədən gələn TIR Zaqatalada "Şevrolet"i vurub aşırdı
- Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olundu
- “Bura arzular, istəklər verilişi deyil” - Hakimlər Komitəsinin sədri
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı