Əmək müqaviləsi üzrə çalışmaq işçini bir sıra hüquqlar verir. Belə ki, o, bununla məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunmaq, sosial müdafiə üzrə təminatlardan istifadə etmək hüquqları qazanır.
BUTA.TV xəbər verir ki, əmək müqaviləsi ilə işçi təhlükəsiz və sağlam əmək şəraitində çalışmaq, qanunvericiliklə müəyyən edilmiş iş vaxtında çalışmaq, minimum məbləğdən az olmayan əməkhaqqı almaq, istirahət günlərindən və ödənişli məzuniyyətdən istifadə etmək, peşə hazırlığını artırmaq kimi hüquqlara malik olur.
O, iş yeri, vəzifəsi, əməkhaqqı və əmək münasibətlərinə dair digər məlumatlar barədə işəgötürəndən arayış ala, eləcə də elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsini və əmək münasibətlərinə dair arayışları real vaxt rejimində əldə edə bilər.
İşçinin əmək müqaviləsi üzrə əsas hüquqları sırasına əmək fəaliyyəti zamanı sağlamlığına və əmlakına dəyən ziyanın ödənilməsini tələb etmək, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya xitamı ilə bağlı işəgötürənə müraciət etmək hüquqları da yaranır.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman tərəfindən 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilib.
- Sabah çimərliklərdə hava necə olacaq? - Proqnoz
- “İranın bankiri mənəm”
- Bakıda torpaq qiymətləri bir ayda 4% artdı
- Türkiyədən gələn TIR Zaqatalada "Şevrolet"i vurub aşırdı
- Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olundu
- “Bura arzular, istəklər verilişi deyil” - Hakimlər Komitəsinin sədri
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı