Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

23:25 - 10 İyun 2026 - GÜNDƏM

 Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

Xalq artisti Emin Ağalarov jurnalist Kseniya Sobçaka verdiyi son müsahibəsində Azərbaycanda yeni torpaq sahəsi aldığını bildirib. 

BUTA.TV” xəbər verir ki, müsahibəsində E. Ağalarov ərazini 3 milyon dollara (təxminən 5.1 milyon manat) aldığını bildirib.

O əlavə edib ki, yeni torpaq sahəsi almağına əsas səbəb qonşuluqdan gələn dözülməz səs-küy olub:

“O, “Sea Breeze” ərazisindəki qonşum idi. Onun orada tikintisi yarımçıq qalmış bir evi var idi və o, bura təxminən 20-yə yaxın it yığmışdı. İtlərin hamısı dayanmadan hürürdü. Mənim isə bura qonaqlarım gəlir, festivallar təşkil edirik, restoranlar fəaliyyət göstərir. Bu səs-küy məni çox qıcıqlandırırdı. Aramızda düz 8 il davam edən torpaq hərracı başladı. Sonda mən həmin 30 sot torpaq üçün qonşuma 3 milyon dollar ödədim. Bu, mənə Moskva ətrafındakı elit “Barvixa” qəsəbəsindən də baha başa gəldi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol