Sumqayıt şəhərində vətəndaş müraciətlərinin operativ həlli, sakinləri narahat edən məsələlərin yerində araşdırılması və onların təkliflərinin dinlənilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul keçirib.
BUTA.TV xəbər verir ki, 13-cü mikrorayon ərazisində təşkil olunan qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və sakinlər iştirak ediblər.
Şəhər rəhbəri tərəfindən sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək icrası nəzarətə götürülüb. Vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qəbulda çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərini, infrastruktur layihələrini və vətəndaş müraciətlərinə göstərilən həssas münasibəti yüksək qiymətləndirərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Sumqayıt şəhərində vətəndaşlarla müntəzəm görüşlərin və səyyar qəbulların keçirilməsi əhalini narahat edən məsələlərin operativ şəkildə öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi