Nəhayət ki, o “Range Rover” satıldı

16:55 - 18 İyun 2026 - HADİSƏ

 Nəhayət ki, o “Range Rover” satıldı

İmişlinin 8 il 6 ay həbsə məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilən daha bir əmlakı satılıb.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, söhbət onun əvvəl prokuror işləyən oğlu Məhəmməd Hacıyevə aldığı “Range Rover”dən gedir.

Məhkəmə həmin avtomobilin cinayət yolu ilə qazanılmış pullar hesabına alındığını təsdiq edəndən sonra maşın müsadirə edilmişdi.

Məhəmmədin “Range Rover”i əvvəl 56 min manata satışa çıxarılsa da, o qiymətə alıcı tapmayıb. Sonradan qiymət 14 min ucuzlaşaraq 42 minə salınıb. Yekun hərracda isə icra məmuru avtomobili 47 min 500 manata sata bilib.

Satışdan gələn pul dövlətə nəfinə keçəcək.

Xəbəri rus dilində oxuyun: Продан конфискованный Range Rover сына Вильяма Гаджиева

Qeyd edək ki, indi ucuz qiymətə verilən həmin “Range Rover”in əvvəl 100 min manata yaxın qiyməti var idi. Müsadirədən sonra isə Məhəmmədlə həyat yoldaşı bu avtomobilə görə məhkəməlik olub. Hacıyevin həyat yoldaşı iddia edirdi ki, “Range Rover” birgə evlilik dövründə alınıb, bu səbəbdən pay hüququ var. Lakin iddia qəbul edilməmişdi.

Sail Ağasəlim

 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol