Türkiyənin Manisa vilayətinin Kula rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərdən biri Azərbaycan vətəndaşıdır.
“BUTA.TV” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük avtomobilinin sürücüsü Nadir Salmanov əslən azərbaycanlı olub.
Onun idarə etdiyi kimyəvi maddə daşıyan 99-ZC-168 nömrə nişanlı yük avtomobili Rüstəm Begenin sürdüyü nəqliyyat vasitəsinə arxadan çırpılıb. Ardınca hər iki avtomobil Osman Aktaşın idarə etdiyi digər yük maşınına çırpılıblar.
Qəza nəticəsində 56 yaşlı Nadir Salmanov və sərnişin Aytekin Akkaya həyatlarını itiriblər.
Yaralılar Rüstəm Begen, Bülent Karabacak, Adem Kahyelioğlu və Osman Aktaş ilkin tibbi yardım göstərildikdən sonra Kula Dövlət Xəstəxanasına yerləşdirilib.
Xəbəri rus dilində oxuyun: Погиб во втором ДТП: роковая авария азербайджанца в Турции
Qeyd edək ki, Nadir Salmanov bu il yanvarın 23-də Türkiyənin Samsun şəhərində ölümlə nəticələnən başqa bir yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Həmin vaxt kuryer fəaliyyəti ilə məşğul olan Umut Can Turanın idarə etdiyi motosiklet Salmanovun yolun kənarında park edilmiş 99-ZC-168 nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində bir vaxtlar badminton idman növü üzrə Türkiyə yığmasının üzvü olan Umut Can Turan həlak olmuş, Nadir Salmanov isə ifadəsinin alınması üçün saxlanılmışdı.

- MM-də sənədsiz evlərlə bağlı mühüm təklif
- Bu şəxslərin vərəsələrinə müavinət veriləcək
- Temperatur 39 dərəcəyə yüksələcək
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Prezident 2 fərman imzaladı
- Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
- Doktorantura imtahanında problem... - DİM aydınlıq gətirdi
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto