Saatlı rayonunda 16 yaşlı qız dərmandan zəhərlənib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Bəylik kəndində baş verib.
Kənd sakini 2010-cu il təvəllüdlü Z.Novruzlu evdə qəbul etdiyi dərmandan zəhərlənib.
O, əvvəlcə Saatlı Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə qıza ilkin tibbi yardım göstəriləndən sonra o, Bakıya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb. Z.Novruzlu iyunun 19-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video
- AB-nin qaz ehtiyatları kəskin azaldı
- Tramp Ayda bir obyektə adının verilməsini istəyir
- Retkliff Moskvada Zelenski-Putin görüşünü təklif edib
- Böyük fəlakət: Dünyaya trilyonlarla dollarlıq ziyan vurulacaq
- Kim Çen İn müdafiə nazirini vəzifəsindən azad etdi