Fuad Nəcəfli haqda şok: Yeni vəzifə verilir?

11:45 - 22 İyun 2026 - HADİSƏ

 Fuad Nəcəfli haqda şok: Yeni vəzifə verilir?

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəfliyə yeni vəzifə verilməsi barədə məlumat yayılıb. Onun Azərbaycanın aparıcı neft-kimya şirkəti olan STP Şirkətlər Qrupunda yeni posta getdiyi iddia edilib. Bu onunla bağlı müxtəlif iddialar fonunda diqqət çəkir. Belə ki, bir qədər əvvəl F.Nəcəflinin barəsində cinayət işinin açıldığı deyilirdi. Lakin bununla bağlı hər hansı məhkəmə qərarı yoxdur.

Haqqında belə ciddi iddialar dolaşan şəxsin vəzifəyə təyin olunması nə dərəcədə doğrudur?

BUTA.TV xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz Globalinfo.az-a açıqlamasında Fuad Nəcəflinin yeni vəzifəyə təyin olunması ilə bağlı yayılan məlumatların inandırıcı görünmədiyini bildirib.

“Bu məsələni araşdırdım və əldə etdiyim məlumata görə, sözügedən təyinat xəbəri həqiqəti əks etdirmir. Ümumiyyətlə, onun hər hansı vəzifəyə təyin olunması məntiqli deyil. Çünki fəaliyyəti ilə bağlı ciddi suallar var. O, ilk növbədə Naxçıvanda taxıl fondu ilə bağlı iddialara aydınlıq gətirməli, həmin məsələlər üzrə hesabat verməlidir. Lakin bəzən gözlənilməz qərarlar qəbul olunur. Ona görə də belə bir təyinat gerçək olarsa, təəccüblənmək lazım deyil”, - o deyib.

Bu xəbər hal-hazırda çox oxunur
Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib

H.Oğuz bildirib ki, iddialara görə, Fuad Nəcəfli Sumqayıt Sənaye Parkında məsləhətçi vəzifəsinə təyin edilib:

“Amma onun bu vəzifədə hansı sahə üzrə töhfə verə biləcəyi müəmmalıdır. Belə bir adam nəyin məsləhətini verə bilər? Ehtiyat, strateji fondların məhvedilmə mexanizmləri barədə məsləhət verəcək? Onun təhsili ilə bağlı da müxtəlif iddialar var. Universitetdən qovulduğu deyilir. Hətta daşıdığı diplom da saxtadır. Bu məsələlər aidiyyəti dövlət qurumları tərəfindən araşdırılarsa, çox ciddi nəticələr ortaya çıxar. Bütün bunları nəzərə aldıqda, Fuad Nəcəflinin yeni vəzifəyə təyin olunması barədə yayılan məlumatlar hazırkı mərhələdə inandırıcı görünmür”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol