Bakıda uzun illər evdən çıxa bilməyən şəxsin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi əməliyyat keçirilib.
BUTA.TV Bizim.media-ya istinadən xəbər verir ki, 57 yaşlı Söhrab Səifzadə fil ayağı xəstəliyindən əziyyət çəkir. Təxminən 330 kiloqram çəkisi olan xəstə illərdir müalicə ala bilməyib. Səhhətində yaranan ciddi problemlər səbəbindən o, son 10 il ərzində evdən kənara çıxmayıb.
Məlumatı tibbi jurnalist Namidə İsayeva paylaşıb. Onun sözlərinə görə, xəstənin mənzildən çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə xüsusi tədbirlər görülüb.
Əməliyyat nəticəsində Söhrab Səifzadə uzun fasilədən sonra yaşadığı mənzildən çıxarılaraq Bakı Sağlamlıq Mərkəzinə çatdırılıb.
Hadisə ilə bağlı daha ətraflı məlumat videomaterialda təqdim olunub.
- Repetitorluğu ləğv etmək... - Emin Əmrullayev
- Penaltini qaçırsa da, qolu vurdu - Video-Yenilənir
- Axtarışına 6 mindən çox insanın toplaşdığı Xizirin meyiti tapıldı - Video
- Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlandı
- İyunun 25-də imtahan verəcək şəxslərin nəzərinə
- İşdən çıxarılan rəisi o əvəz edəcək
- Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
- Bakıda 330 kq çəkisi olan kişi evdən belə çıxarıldı - VİDEO