Xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı”nda çalışan ticarətçilər illərdir fəaliyyət göstərdikləri ərazidən çıxarılmalarına görə narazılıq edirlər.
“BUTA.TV” xəbər verir ki, ticarətçilərin sözlərinə görə, 20-25 ildir ki, məhz bu ərazidə satışla məşğul olurlar.
Lakin son vaxtlar onlara ərazini tərk etmələri barədə göstəriş verilib. Satıcılar iş yerlərinin bağlanmasına etiraz edərək, alternativ yerlərin təklif olunmamasından və maddi çətinliklərlə qarşılaşdıqlarından şikayətlənirlər:
“Hərəmizin bir qənd torbası malımız var. Onunla gedib harada yer götürək işləyək? Bir damcı yerin bərpasını istəyirik. Qutumuzu qoyub lal-kar çörəyimizi qazanaq”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlama verib.
O bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına və ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müntəzəm olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Ətraflı “Baku TV”nin süjetində:
- DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
- Lerikdə maşın dərəyə aşdı: bir ailənin 4 üzvü yaralandı
- Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş - Foto
- “Vosmoy bazarı”nda satışa niyə qadağa qoyulub? - Video
- İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi
- Gəncədə sürücü sükan arxasında ürəktutmadan öldü
- Berlində vəziyyət o həddə çatıb ki, bu yola əl atırlar - Video
- DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi