2026-cı il dünya çempionatında üçüncü yer uğrunda keçirilən və İngiltərənin Fransanı 6:4 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra yaşanan bir an sosial şəbəkələrdə böyük maraq doğurub.
“BUTA.TV” xəbər verir ki, gərgin və bolqollu oyunun ardından hər iki komandanın bir neçə futbolçusu meydanın mərkəzində bir araya gələrək birlikdə dua edib.
Qələbə sevinci və məğlubiyyət məyusluğunun kölgəsində baş tutan bu an futbolsevərlər tərəfindən idmanda hörmət və həmrəyliyin nümunəsi kimi qiymətləndirilib.
Azarkeşlər oyundan sonra yaşanan bu səmimi anın rəqabətin fövqündə duran dostluq və qarşılıqlı hörmət mesajı verdiyini vurğulayıblar. Görüntülər dünya çempionatının ən yaddaqalan epizodlarından birinə çevrilib.
- Messi məğlubiyyətə ağladı - Fotolar
- Hikmət Hacıyev ispan pilotlarla bağlı filmi paylaşdı - Video
- İspaniya dünya çempionudur! - Video-Yenilənib
- Bakıda nərd turniri keçiriləcək
- Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
- FIFA DÇ-dən bu qədər pul qazandı
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...