İyulun 20-də gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
- TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
- Arif Hüseynov sədrliyinə xitam verilməsi üçün müraciət etdi
- Baş Prokurorluqdan estetik mərkəzlə bağlı açıqlama
- 6 ayda 23 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Yeni qanun özəl bağçalarda qiymət artımına səbəb olacaq?
- Sakinlər onun xilası üçün nazirliyə zəng etdilər - Video
- Azərbaycan xüsusi təyinatlıları İordaniyada...
- Azərbaycanda iş vaxtı ilə bağlı yenilik olacaq