İşdən qanunsuz çıxarılmış 57 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib.
BUTA.TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyun ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 422 818 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 92 faizi əmək haqqı, 8 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 57 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
- Onlar vizadan qarşılıqlı azad edildi - Qanun
- Arzumun azadlıqda ilk - Görüntüləri
- Prezident Rauf Arifoğlunu təltif etdi
- Prezident fərman imzaladı
- “Qurbağa terapiyası” zobu müalicə edir? – Video
- Hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxs...
- Temperatur 41 dərəcəyə yüksələcək - Xəbərdarlıq
- AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib