Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.
“BUTA.TV” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.
Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək.
Nazirlər Kabineti iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib Prezidentə məlumat verməlidir.
- Xətai İH Milli Mətbuat Günü ilə bağlı tədbir keçirdi - Foto
- 4 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
- Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
- Özbəkistan onu Azərbaycana təhvil verdi
- Bir “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
- Həsən bəy Zərdabi adına Media Mükafatı onlara verildi
- “AzerGold”da işə qəbulla bağlı növbəti test imtahanı keçirilib
- Bakı metrosunda iş rejimi dəyişdirilir