Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib

15:24 - 3 Avqust 2026 - GÜNDƏM

 Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırır. 

BUTA.TV” xəbər verir ki, bu barədə UNİAN məlumatlı mənbəyə istinadən məlumat yayıb. 

Eyni zamanda Umerovun yerinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenkonun gətiriləcəyi gözlənilir. 

Qeyd edək ki, Umerov 2025-ci ilin iyulunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Daha əvvəl o, Ukraynanın müdafiə naziri vəzifəsini tutub.

***

Volodimir Zelenski Rustem Umerovu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib.

Bu barədə Zelenski Ukraynanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib.

Umerovun dron sövdələşmələrini koordinasiya edəcəyi, diplomatiya və müdafiə məsələləri ilə məşğul olacağı bildirilir.

Zelenski həmçinin keçmiş daxili işlər naziri İqor Klimenkonu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol