Bu işlərə niyə avqustun 15-də başlayacağımız müzakirə olunur.
BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş media nümayəndələri və fikir liderləri ilə görüşdə bildirib.
V.Aslanov bunun səbəbini belə izah edib:
"Bu, bir layihədən ibarət deyil. Əsas mərhələdən biri də "Dərnəgül" deposunun hazır vəziyyətə gətirilməsidir. Biz bu deponu istismar vəziyyətinə gətirdiyimiz üçün işlərə avqustun 15-dən başlanacaq. Bununla bağlı hazırlıq işləri görülüb".
Qeyd edək ki, metroda xətlərin ayrılmasına dərslərin başlamasına yaxın vaxta təsadüf etməsi müzakirələrə səbəb olmuşdu.
- Ermənistana 14 vaqon buğda göndərildi
- Bakıda ofisdən meyit tapıldı
- Küləkli havada dənizə girmətin! - FHN xəbərdarlıq etdi
- Sabiq nazirin müsadirə olunan mənzili yarım milyona satıldı
- Bəs sən onlara niyə inandın?
- Gürcüstandan Azərbaycana bu tarixədək bütün biletlər satılıb
- Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Qaçqınkom
- Dalaşan gəncləri ayırarkən öldürülən Azərin - Fotosu