Taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün imtahan keçirilib.
Bu barədə BUTA.TV-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib. Onlardan 1735 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1317 namizəd (taksi – 1122, ÖSD – 47, ÖYD - 148)tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 7 və 10-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib
- Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır
- “Bakı hazırdır, Tbilisi yox...” - Qatarlar niyə artırılmır?
- Bakıda 6 marşrutun hərəkəti sxemi dəyişdirilir
- Aybəniz Xəlilovaya ağır cəza verildi
- Bənizə 10 il 3 ay həbs cəzası verildi
- DİM-dən taksi sürücülərinin imtahanı ilə bağlı məlumat
- Bərdədə açıq sahədə yanğın - Video
- Zərdabda maşın dirəyə çırpıldı: ölən var - Foto