Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib
Qeyd edək ki, Beniz ləqəbli tiktokerun barəsində sevgilisi Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Zərərçəkmiş onunla pul müqabilində görüşdüyünü iddia edib, hər dəfə görüşəndə 300 manat pul verdiyini bildirib.
Tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Daha sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Zelenski Ceyhun Bayramovu qəbul etdi - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı
- Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır
- “Bakı hazırdır, Tbilisi yox...” - Qatarlar niyə artırılmır?
- Bakıda 6 marşrutun hərəkəti sxemi dəyişdirilir
- Aybəniz Xəlilovaya ağır cəza verildi
- Bənizə 10 il 3 ay həbs cəzası verildi
- DİM-dən taksi sürücülərinin imtahanı ilə bağlı məlumat