Tərtərdə ər-arvadın yanaraq öldüyü evdə yanğının qəsdən törədildiyini ehtimal etməyə əsas verən maddi sübut aşkarlanıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, evə baxış keçirilərkən qabda yanacaq məhsulu tapılıb. Hadisə yerində ailənin yaxınları tərəfindən aşkarlanan həmin maddə ekspertiza qrupuna təhvil verilib.
Hazırda yanacaq məhsulunun tərkibi və yanğının qəsdən törədilib-törədilmədiyi ilə bağlı ekspertiza araşdırmaları aparılır.
Qeyd edək ki, Tərtər şəhərində baş verən yanğın zamanı evdə olan Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı Adilə Soltan qızı Hüseynova yanaraq ölüb.
Faktla bağlı araşdırma davam etdirilir.
- Bakıda 3 məktəb sökülüb yenidən tikilir - Foto
- Bakıda vəzifəli şəxs evində ölü tapıldı - Foto
- Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
- Kart limitləri ilə bağlı bütün suallara aydınlıq gətirildi - Dəqiq izah
- Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı - Foto
- Bakının mərkəzində obyekt yanır
- “Tarqovı”da yanğın - Video - Yenilənir
- Limanı əlindən alınan Şahlar Novruzova qarşı yeni iddia