“Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən gedir”.
“BUTA.TV” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət yalnız mədaxil hissədəki məhdudiyyətdən (red: 5 dəfədən çox mədaxil olarsa, komissiya tutulacaq) və hər bir məhsul üzrə aylıq 20 min manat mədaxildən gedir: “Razılaşmaya əsasən, ödəniş xidməti istifadəçisinə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil edilməsi limitləşdirilib. Ödəniş aləti istifadəçisinin hər hansı bir məxaric əməliyyatına məhdudiyyət qoymuruq.
Keçmişdə olduğu kimi istənilən ödəniş alətindən istifadə etməklə tam şəkildə öz məxariclərini həyata keçirə bilərlər. Söbət yalnız mədaxil hissədə məhdudiyyətdən və hər bir məhsul üzrə 5 və 20 min manatdan gedir. Bir hesaba bağlıdırsa, biz orada bir ödəniş alətinin ona təqdim edilməsini təklif etmişik. Eyni zamanda, bu əməliyyatların içərisinə onun öz hesabları arasında və yaxın qohumlarına mədaxillərini istisna etmişik”.
- Sabah hava necə olacaq?
- Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
- “Gömrük Komitəsinin məktubunda yazılanlar hüquq prinsiplərinin açıq pozulmasıdır”
- Prezident bu dəyişiklikləri təsdiqlədi
- Media və Yayım Şurası yaradıldı - Fərman
- Bakıda 3 məktəb sökülüb yenidən tikilir - Foto
- Bakıda vəzifəli şəxs evində ölü tapıldı - Foto
- Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı