Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.
“BUTA.TV” xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.
İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.
Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır.

- Prezident Zeynal Nağdəliyevin oğluna yüksək vəzifə verdi
- Arzumun məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
- Samir Şərifov sədr təyin edildi - Sərəncam
- Prezident onu geri çağırdı
- Sabah hava necə olacaq?
- Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
- “Gömrük Komitəsinin məktubunda yazılanlar hüquq prinsiplərinin açıq pozulmasıdır”
- Prezident bu dəyişiklikləri təsdiqlədi