Bu gün Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının, eləcə də Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə BUTA.TV-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Nərimanov RETSİ-yə daxil olan Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Tərtər EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşcu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
- Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir
- Məzuniyyətə çıxmadan pulunu almaq olar?
- Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
- İsanın həvarisi Azərbaycanda bu kilsədə dəfn olunub
- Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
- Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
- Ağstafada kişi meyiti tapıldı
- İki qadının boğulması ilə bağlı araşdırma aparılır