“Neftçilər” metrosu yaxınlığında, Musa Əliyev küçəsində aparılan asfaltlama işlərindən sonra piyada zolağının yenidən çəkilməməsi narazılığa səbəb olub.
Bu barədə BUTA.TV-a şəhər sakinləri şikayət ünvanlayıb.
“Yolda əvvəllər piyada keçidi olub və piyada nişanı da olduğu kimi qalır. Lakin bir neçə gün öncə yol asfaltlandıqdan sonra piyada zolağı çəkilməyib. Bu səbəbdən yolu keçmək istəyən piyadalar, xüsusilə də nəqliyyatın sıx olduğu saatlarda, dəqiqələrlə gözləməli olurlar. Sürücülər isə piyada zolağı olmadığı üçün dayanmırlar”, - şikayətdə bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) saytımıza bildirilib ki, yol yeni təmirdən çıxdığı üçün nişanlanma xətləri çəkiləcək.
- Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə getdi?
- Tiflisdən Bakıya bilet almaq üçün 3 həftə gözlədim - Video
- Adil Kərimli aparat rəhbəri və nazir müşaviri təyin etdi
- Nazirliyin yeni Aparat rəhbəri o oldu - Foto
- Moskvaya gedən azərbaycanlıların nəzərinə!
- Orxan Fikrətoğlu: Kasıbın nə ədaləti olacaq? - Video
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Sabahın hava proqnozu açıqlandı