Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.
Bu barədə BUTA.TV-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.
1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. Bu təyinatadək o, Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, bu vəzifəni Mustafa Abbasbəyli icra edirdi. Adil Kərimlinin digər əmri ilə Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib.
- Bu ayın 17 günü temperatur normadan yüksək olub
- Bu universitet müəllimlik oxuyan oğlan tələbələrə pul verəcək
- Fərhad Ələkbərov AAYDA-da departament müdiri təyin edildi
- Bu kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi
- Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - KMBİ-dən əməliyyat - Video
- Bir ekosistemi bu sektorda müştəri təcrübəsini rəqəmsallaşdırır
- Yasamalda qazılan yol niyə təmir edilmir? - Video
- Azərbaycan məktəbliləri bürünc medal qazandı