Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə getdi?

14:48 - 19 Avqust 2026 - GÜNDƏM

 Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə getdi?

Penitensiar Xidmət rəisinin müşaviri Rauf Qasımzadənin tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayılıb.

Bununla bağlı yayılan məlumatlarda ədliyyə naziri Fərid Əhmədovun onunla bağlı əmr imzaladığı deyilir.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Rauf Qasımzadənin vəzifəsindən çıxmasının səbəbi bəlli olub.

Məlumata görə, o, öz ərizəsi ilə Penitensiar Xidmətdəki postundan ayrılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Buna səbəb isə onun digər dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunmasıdır.

Qeyd edək ki, Rauf Qasımzadə bundan əvvəl Azərbaycan Dəmir Yolları QSC-də və bir sıra digər dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

Onu da xatırladaq ki, Rauf Qasımzadə Penitensiar Xidmətin keçmiş rəisi, general Aydın Qasımovun oğludur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol