Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

21:57 - 19 Avqust 2026 - GÜNDƏM

 Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Gürcüstanda Azərbaycan dili ana dili kimi ən çox istifadə olunan ikinci dilə çevrilib.

BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin 2024-cü il əhali siyahıyaalınmasının nəticələrində qeyd olunub.

Məlumata görə, Gürcüstan əhalisinin 6,8 faizinin ana dili Azərbaycan dilidir. Bu isə təxminən hər 15 nəfərdən birinin Azərbaycan dilini ana dili hesab etməsi deməkdir. Ölkədə 265 min 534 nəfər Azərbaycan dilini ana dili kimi göstərib.

Azərbaycan dili ana dili göstəricisinə görə yalnız gürcü dilindən geri qalır. Gürcü dili əhalinin 85,1 faizinin ana dilidir. Bu dili ana dili kimi göstərənlərin sayı 3 milyon 343 min 987 nəfərdir.

Gürcüstanın rəsmi statistikasında Azərbaycan dilinin mövqeyinin son onillikdə gücləndiyi də görünür. Belə ki, 2014-cü il siyahıyaalınması ilə müqayisədə Azərbaycan dilini ana dili kimi göstərənlərin sayı təxminən 15 faiz artıb


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol