Biz Rusiyada xaos istəyirik, amma bunun üçün onun ərazisinə kifayət qədər zərbə endirmirik.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı bloger və jurnalist Roman Tsimbalyuk bildirib.
O, Rusiyanın hakimiyyət orqanlarının ölkədəki müxtəlif obyektlərə endirilən zərbələri rusiyalılara necə izah etməsi və ümumiyyətlə, bunu izah edib-etməməsi ilə bağlı suala cavab verərkən deyib:
“Onlar bunu necə izah edirlər? Heç nə baş vermirmiş kimi davranırlar. Bütün təbliğatçılar Putinin Rusiyaya hansısa total nəticələrin olmayacağı barədə söylədiyi fikirdən çıxış edirlər”.
Tsimbalyukun sözlərinə görə, Rusiyada baş verənlər heç bir izahat verilmədən görməzdən gəlinir. Eyni zamanda, “bütün bunlar belə bir örtüyə bürünür ki, guya biz onların Dövlət Dumasına seçkilərini pozmaq istəyirik”.
“Bu, mənim fikrimcə, ən axmaq izahdır. Çünki heç kim bu imitasiyanın Rusiyada hansısa dəyişikliklərə səbəb olacağını gözləmir. Onların bunu necə təqdim etməsi çox maraqlıdır: guya biz Rusiya hakimiyyət sisteminə xaos gətirmək və sair istəyirik. Əlbəttə, biz bunu istəyirik, amma açıq danışaq, bunun üçün Rusiya ərazisinə zərbələr endirmək baxımından yetərsiz tədbirlər görürük”, – deyə jurnalist vurğulayıb.
- İran Məkkə sazişinə dəvət edildi
- Pakistan ordusunun komandanı İrana gedir
- İran hakerləri Britaniyada elektrik stansiyasını söndürdülər
- Avropa liderləri Kiyevə gəldilər
- Tramp Kanadaya əsəbiləşdi: Artıq bəsdir!..
- Rusiya Ukraynada sərnişin qatarını vurdu
- Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü
- İsrail və Türkiyə gizli danışıqlar aparır?