Bu türk ölkəsində parlament seçkiləri keçirilir

10:21 - 23 Avqust 2026 - GÜNDƏM

 Bu türk ölkəsində parlament seçkiləri keçirilir

Qazaxıstanda birpalatalı parlamentə - Qurultaya növbədənkənar seçkilər keçirilir.

BUTA.TV xəbər verir ki, ölkə üzrə ümumilikdə 10 423 seçki məntəqəsi fəaliyyət göstərir.

Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxıstan nümayəndəliklərinin nəzdində yaradılıb.

Səsvermə səhər yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 06:00) başlayıb və saat 20:00-dək (Bakı vaxtı ilə 19:00 ) davam edəcək.

Seçkilərdə 12 605 788 seçicinin səs verməsi gözlənilir.

Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır: “Ədalət”, “Aul”, “Baytak”, “Ak Jol”, Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və “Respublica”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol