Çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.
Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb.
Digər yeni məlumat ondan ibarətdir ki, “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.
Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb.
Sail Ağasəlim
- Məktub 113 il sonra yetişdi...
- İsrail HƏMAS komandirini zərərsizləşdirdi
- Fidan misirli və qətərli həmkarı ilə danışdı
- Avropa ilə münasibətlərin yaxşılaşacağına... - Peskov
- Almaniyada dron insidenti: Rusiya günahlandırılır
- Rusiya ordusu daha 3 kəndi işğal etdi
- ABŞ enerji bazalarını manipulyasiya edir - Arakçı
- Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı: Kiyevə xəbərdarlıq...