Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video

17:27 - 28 Avqust 2026 - GÜNDƏM

 Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video

Bu gün Abşeron Gənclər Şəhərciyinin həyətində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV” xəbər verir ki, “Chevrolet Cruze” markalı avtomobil orta yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol