Qocalmanı yavaşladan maddə tapıldı

23:00 - 2 Sentyabr 2026 - GÜNDƏM

 Qocalmanı yavaşladan maddə tapıldı

Alimlər hüceyrə səviyyəsində qocalmanı yavaşladan maddə aşkar ediblər.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, “rapamisin” adlı preparatla siçanlar üzərində aparılan təcrübələr zamanı onların ömrünün 25–30 faiz uzandığı müşahidə edilib.

Nəzəri olaraq, bu təsirin insanlarda da eyni nəticəni verəcəyi ehtimal edilsəydi, söhbət insan ömrünün əhəmiyyətli dərəcədə uzadılmasından gedə bilərdi. Lakin bu nəticələrin insanlara da eyni şəkildə tətbiq olunacağı hələ sübut edilməyib.

"Rapamisin"in insanlarda qocalmanı ləngitdiyi və ömrü uzatdığı hazırda təsdiqlənmiş fakt hesab olunmur. Preparatın bu istiqamətdə potensialını müəyyənləşdirmək üçün müxtəlif klinik araşdırmalar aparılır və daha geniş tədqiqatlara ehtiyac var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol