Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
“BUTA.TV” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcək.
“Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
- Norveçdə Rusiya gəmisinə həbs qoyuldu
- Venesuelada seçkilərin keçirilməsini istəyirik, lakin... - Tramp
- Papua-Yeni Qvineyada güclü zəlzələ oldu
- İranda toy mərasiminə zərbə: ABŞ araşdırma aparır
- Bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırıq - Katz
- ABŞ şirkətləri Venesuela ilə milyardlarla dollarlıq saziş imzaladı
- Tramp Putinlə görüş şərtini açıqladı
- Fidan Səfadi və Tani ilə regionu müzakirə etdi