ABŞ şirkətləri Venesuela ilə milyardlarla dollarlıq saziş imzaladı

00:42 - 3 Sentyabr 2026 - GÜNDƏM

 ABŞ şirkətləri Venesuela ilə milyardlarla dollarlıq saziş imzaladı

ABŞ-ın “Chevron”, ENI və GE şirkətləri Venesuela ilə ümumi dəyəri on milyardlarla dollar olan investisiya sazişləri imzalayıblar.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt Venesuelanın paytaxtı Karakasda açıqlayıb.

Onun sözlərinə görə, sazişlərin böyük hissəsi 2026-cı ildə müzakirə olunan layihələrin genişləndirilməsini nəzərdə tutur. Belə ki, “Chevron” qarşıdakı beş il ərzində Venesuelada neft hasilatını sutkada 600 min barrelədək, yəni təxminən iki dəfə artırmaq üçün 7 milyard dollardan çox investisiya yatıracaq. ENI isə Orinoko ovalığındakı yataqlarda fəaliyyətini genişləndirəcək.

Venesuelanın hazırkı neft hasilatı sutkada təxminən 1,25 milyon barrel təşkil edir. Ölkə 300 milyard barreldən çox təsdiqlənmiş ehtiyatla dünyanın ən böyük neft ehtiyatlarına malikdir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Venesuela ilə ölkənin təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard barreldən çox hissəsinin ABŞ-ın nəzarətinə keçməsini nəzərdə tutan sazişin əldə edildiyini açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol