Norveçin səfiri Heydi Olufsen "Professor Molçanov" gəmisinin saxlanılmasına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş bəyanatda deyilir.
Qeyd olunur ki, Rusiya "Professor Molçanov" gəmisinin saxlanılması ilə əlaqədar Norveçə qəti etirazını bildirib, Moskva bu cür hərəkətləri qətiyyən qəbul etmir və həbsin ləğv edilməsinə çalışacaq.
Rusiya XİN-in iddiasına görə, gəmi Şimali Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinə məxsusdur. Gəmi xüsusilə "Arktikuqol" trestinin əməkdaşlarını və alimlərin Murmanskdan Rusiyanın Barentsburq qəsəbəsinə çatdırılması üçün planlı reys həyata keçirirdi.
- Bu ölkədə Ermənistan konyakına qadağa qoyuldu
- ABŞ 65 milyard barel neft ehtiyatı yaradır - Vens
- ABŞ-ın hücumu: İran ölən hərbçilərinin sayını açıqladı
- Ukrayna üçün 5 min dron hazırlanır
- Əsas məqsədimiz İran rejimini devirməkdir - Netanyahu
- Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatdı
- Bakının bu rayonunda 15 bina söküləcək
- Onlar ABŞ-a xəyanət edir - Tramp