Berlin aeroportunda bomba həyəcanı...

00:30 - 4 Sentyabr 2026 - GÜNDƏM

 Berlin aeroportunda bomba həyəcanı...

Berlin-Brandenburq (BER) hava limanında naməlum və zəhərli maddə ilə bağlı həyəcan siqnalı verilib.

BUTA.TV “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar aeroportun 1-ci terminalından sərnişinlər təxliyə edilib, bir neçə aviareys ləğv edilib, dəmir yolu əlaqəsi isə dayandırılıb.

Məlumata əsasən, bir qadın federal polisin xidmət məntəqəsinə müraciət edərək əl çantasında zəhərli maddələrin olduğunu bildirib. Polis əməkdaşları qadını saxlayıblar. Çantanın ətrafında təhlükəsizlik zolağı yaradılıb.

Polisin məlumatına görə, maddənin təhlükəli olub-olmadığını müəyyən etmək mümkün olmadığından təhlükəli yük siqnalı verilib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və hava limanının yanğınsöndürmə xidməti cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol