Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Fidel Ernesto Kastro Kalis ABŞ-ın sanksiya siyahısına daxil edilib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio X sosial şəbəkəsində paylaşım edib.
Bununla yanaşı, Kastro ailəsi ilə əlaqəli olduğu bildirilən “Banco Exterior de Cuba” (Kuba Xarici Bankı) və daha dörd quruma qarşı sanksiyalar tətbiq olunub.
“Prezident Tramp və mən Kubanın azad olacağına dair öhdəliyimizə sadiqik”,- deyə o əlavə edib.
Qeyd edək ki, Raul Kastro 2008–2018-ci illərdə Kubanın prezidenti olub. O, 1959-cu il Kuba inqilabının liderlərindən biri və Kubaya uzun illər rəhbərlik etmiş Fidel Kastronun kiçik qardaşıdır.
- Almaniyada bu dəfə hərbi zavod yandırıldı
- İrana qarşı gizli əməliyyatlar keçirilə bilər - Vens
- Xarkovda güclü partlayış oldu
- İstanbulda İŞİD-ə qarşı əməliyyat: Berkan.Ç məhv edildi
- Tramp Putini G20-yə dəvət edəcəkmi?
- İsrail strateji yüksəkliyi ələ keçirdi
- Tezliklə İran üzərində qələbə qazanacağıq - Tramp
- Berlin aeroportunda bomba həyəcanı...