ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dekabrda ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.
BUTA.TV xəbər verir ki, Tramp bunu “GB Nyus” telekanalına müsahibəsində bildirib.
“Mən hələ bu barədə düşünməmişəm”, - ABŞ Prezidenti müvafiq suala cavabında deyib.
Qeyd edək ki, bundan əvvəl “Vaşinqton Post” Dövlət Departamentindəki mənbələrə istinadən Trampın Putini G20 sammitinə dəvət etmək niyyətində olduğunu yazmışdı. Tramp daha sonra jurnalistlərə açıqlamasında Rusiya liderinin sammitdə iştirakının çox faydalı olacağını bildirmişdi.
G20 liderlərinin sammitinin dekabrın 14-15-də Mayami yaxınlığındakı Doralda keçirilməsi planlaşdırılır.
- Almaniyada bu dəfə hərbi zavod yandırıldı
- İrana qarşı gizli əməliyyatlar keçirilə bilər - Vens
- Xarkovda güclü partlayış oldu
- İstanbulda İŞİD-ə qarşı əməliyyat: Berkan.Ç məhv edildi
- Tramp Putini G20-yə dəvət edəcəkmi?
- İsrail strateji yüksəkliyi ələ keçirdi
- Tezliklə İran üzərində qələbə qazanacağıq - Tramp
- Berlin aeroportunda bomba həyəcanı...