İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, hazırda ölkəsinin xarici siyasətinin əsas məqsədi İranda rejim dəyişikliyidir.
“BUTA.TV” xəbər verir ki, bu barədə Baş nazirin ofisi bəyanat yayıb.
Onun fikrincə, bu məqsədə yaxın gələcəkdə nail olmaq mümkündür.
“Mən əminəm ki, biz bu təhlükəni birdəfəlik aradan qaldıra, yəni bu rejimi devirə bilərik. Bu, qarşımızda duran əsas məqsəddir və ona nail olmaq artıq çox yaxındır. Bu, qeyri-mümkün deyil, əldə edilə bilən bir hədəfdir”.
Netanyhunun sözlərinə görə, İslam Respublikası hazırda həmişəkindən daha zəif vəziyyətdədir və varlığını qorumaq uğrunda mübarizə aparır.
“Düşmənlərimizə deyirəm: Bizimlə işiniz olmasın. Əgər bir şey öyrənmisinizsə, o da budur ki, bizimlə qarşıdurmaya girməməlisiniz. Sizi məğlub etmək üçün lazım olan gücə, əzmə və daxili birliyə sahibik”, - o əlavə edib.
Qeyd edək ki, Netanyahu bu bəyanatı Müdafiə naziri İsrail Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyinin iştirakı ilə keçirilən görüş zamanı səsləndirib.
- İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq
- Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü
- Almaniyada bu dəfə hərbi zavod yandırıldı
- İrana qarşı gizli əməliyyatlar keçirilə bilər - Vens
- Xarkovda güclü partlayış oldu
- İstanbulda İŞİD-ə qarşı əməliyyat: Berkan.Ç məhv edildi
- Tramp Putini G20-yə dəvət edəcəkmi?
- İsrail strateji yüksəkliyi ələ keçirdi