Tezliklə İran üzərində qələbə qazanacağıq - Tramp

00:42 - 4 Sentyabr 2026 - GÜNDƏM

 Tezliklə İran üzərində qələbə qazanacağıq - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə İran üzərində qələbə qazanacağını bildirib.

BUTA.TV xəbər verir ki, o, bu barədə “GB Nyus” telekanalına müsahibəsində danışıb.

“Biz qalib gələcəyik, bu, tezliklə baş verəcək. Əslində, biz artıq qalib gəlmişik, çünki onların nüvə silahına sahib olmasına imkan verilmir”, – Tramp deyib.

ABŞ Prezidenti İrana zərbələr endirmək qərarının doğru olduğunu bildirib. Onun iddiasına görə, Vaşinqton bu addımı atmasaydı, Tehran iki-dörd həftə ərzində nüvə silahı əldə edə bilərdi. Tramp hazırda bu müddətin 25 ilə qədər uzadıldığını iddia edib.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Tramp, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatlarının uğurla davam etdiyini və Vaşinqtonun Hörmüz boğazına nəzarət etdiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol