Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi

11:16 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi

“44 günlük müharibə zamanı Ermənistanın 4800 hərbçisi həlak olub”. 

BUTA.TV” “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqanın CEVRO universitetində çıxışı zamanı bildirib. 

Bundan sonra Ermənistan Prezidentinin Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aqasi Marqaryan açıqlama yayaraq, dövlət başçısının 44 günlük müharibədə ölən erməni hərbçilərin sayında səhvə yol verdiyini bildirib. 

“Səhvə görə üzr istəyirik və dəqiqləşdiririk: 44 günlük müharibədə həlak olanların sayı 3755 nəfərdir”, - Marqaryan əlavə edib. 

Bu xəbər hal-hazırda çox oxunur
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Qeyd edək ki, Ermənistandakı son rəsmi məlumatlarda II Qarabağ müharibəsində ölən erməni hərbçilərin sayı 3833 nəfər göstərilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol