ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 5 milyard dollar dəyərində Birgə Birbaşa Hücum Sursatı (JDAM-ER) sistemlərinin satışını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Təchizat Səudiyyə Ərəbistanının mövcud və gələcək təhdidlərə qarşı qabiliyyətini gücləndirməli, silahlı qüvvələrin döyüş hazırlığını artırmalı və Amerika bölmələri ilə birgə əməliyyatlar apararkən onların daha effektiv qarşılıqlı fəaliyyətini təmin etməlidir.
JDAM-ER-in baş podratçısı Amerikanın “Boinq” şirkəti olacaq. Bundan əlavə, Dövlət Departamenti Səudiyyə Ərəbistanına 750 milyon dollara AGT-150 mühərriklərinin satışını da təsdiqləyib. Onların təchizatçısı “Honeywell” olacaq.
Səudiyyə Ərəbistanı ilə bağlanan müqavilədən əlavə, Vaşinqton regiondakı dövlətlərlə daha iki potensial müqaviləni də təsdiqləyib.
Oman təxminən 188 milyon dollara F-16 qırıcıları üçün texniki xidmət və döyüş hazırlığı xidmətləri ala bilər.
İraq “Bell 412EPX” helikopterlərinin 150 milyon dollara satışına icazə alıb.
Beləliklə, ABŞ bir daha bir neçə Yaxın Şərq ölkəsi ilə hərbi əməkdaşlığı genişləndirərək, ümumi dəyəri təxminən 6,1 milyard dollar olan potensial müqavilələri təsdiqləyib.
- Putindən əmr: Kiyevə 3 gün zərbələr endirilməyəcək
- Kiprdə gəmi qəzası: ölənlərin sayı artdı
- Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
- Tələsməyin, Murad bəy...
- İsraillə yeni müqavilə: Kalın xəbərdarlıq üçün Afinaya gedib?
- Zaxarovadan gözlənilməz “bəyanat” - Mahnı müəllifi oldu+Video
- Rusiya Donetskdə bir kəndi ələ keçirdi
- Bakıda qadın maşına hücum çəkdi - DİN-dən açıqlama+Video-Yenilənib