Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir.
Altı ay əvvəl 350 min manata qiymətləndirilən evi heç kim almayıb. İndi icra məmuru həmin əmlaka yarıbayarı - 175 min manata alıcı axtarır.
Satışdan götürülən pul cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət nəfinə keçəcək.
Qeyd edək ki, S.Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə eks-nazirin çoxsaylı əmlakı müsadirə edilib.
Sail Ağasəlim
- Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır-Video
- Xark adasında İran tankeri hədəfə alındı
- Trampın nümayəndələri Moskvaya gəldi - Video
- ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
- 1655-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
- Xaçatryan 44 günlük savaşdakı itkiləri “səhvən” artırdı
- ABŞ-ın yeni Yaxın Şərq planı: 3 mühüm məsələ...