Yəmən ordusu bir sıra strateji yüksəklikləri husilərdən geri aldı

17:57 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Yəmən ordusu bir sıra strateji yüksəklikləri husilərdən geri aldı

Yəmən Silahlı Qüvvələri Taiz vilayətinin cənubunda (Heyfan) qiyamçı husilərə qarşı hərbi əməliyyat zamanı bir sıra strateji mövqelərə nəzarəti bərpa edib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Yəmənin rəsmi informasiya agentliyi SABA məlumat yayıb.

Bildirilib ki, Yəmən ordusu Əl-Məfalıs bölgəsində Əl-Vüsrə, Səid Taha, Ziban, Əl-Xudeyra və Ən-Nəcd yüksəkliklərini geri alıb.

Toqquşma nəticəsində husilər arasında canlı qüvvə və texnika itkiləri olub.

Məlumata görə, Taiz və qərb sahili cəbhələrindəki toqquşmalar zamanı da husilər arasında onlarla ölən və yaralanan olub, onlara məxsus hərbi texnikalar məhv edilib.

Mənbə Taiz və qərb sahili boyunca bütün cəbhələrdə hərbi əməliyyatların və toqquşmaların davam etdiyini yazıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol