Məşhur aktyor evində ölü tapıldı

19:55 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Məşhur aktyor evində ölü tapıldı

Türkiyəli məşhur aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. 

BUTA.TV”nun xəbərinə görə, hadisə saat 17:00 radələrində Nurtepe məhəlləsində baş verib.

Cümə axşamından bəri 51 yaşlı Kılıçdan xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gəlib. Qapını döyüb cavab almadıqdan sonra özündəki açarla mənzilə daxil olub.

Özlem E. aktyoru qonaq otağında kresloda hərəkətsiz vəziyyətdə tapıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın 112 Təcili Zəng Mərkəzinə zəng edib.

Hadisə yerinə polis və tibbi qruplar göndərilib. Tibb işçiləri Serhat Kılıçın öldüyünü təsdiqləyiblər.

Özlem E. polisə verdiyi ifadədə Kılıçın limfa xərçəngindən müalicə aldığını və cümə axşamından bəri onunla əlaqə saxlaya bilmədiyini bildirib.

Polis aktyorun ölümü ilə bağlı araşdırmanı davam etdirir.

Qeyd edək ki, Serhat Kılıç karyerası ərzində bir çox məşhur serialda fərqli obrazlara həyat verib. Aktyor xüsusilə “Seksenler” serialında canlandırdığı Ergün Plak  obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, “Ezel” serialında Selim Uğurlu, “Söz” serialında Çolak, “Kuruluş Osman” serialında Mihael Kosses, “Kirli Sepeti” serialında Feyyaz Ağırtaş, “Mehmed: Fetihler Sultanı” serialında isə Molla Lütfi obrazlarını canlandırıb. Aktyor həmçinin “Öğretmen” serialında Taner Aslan, “Maraşlı” serialında Necati Türel və “Kardelenler” serialında Raci Korkmaz obrazları ilə tamaşaçı qarşısına çıxıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol