Ərdoğanın təbrikinə Meloni belə cavab verdi

23:51 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Ərdoğanın təbrikinə Meloni belə cavab verdi

​İtaliyanın Baş naziri Corciya Meloni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

BUTA.TV xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Melonini rəhbərlik etdiyi sağ koalisiya hökumətinin ölkədə son 80 ilin ən uzunmüddətli iqtidarı olması münasibətilə təbrik edib.

Meloni isə sosial şəbəkə hesabında Ərdoğana təşəkkür edib.

İtaliyanın baş naziri təşəkkür məzmunlu paylaşımında Türkiyə və İtaliyanın dərin tarixi bağlar və ortaq maraqlarla bir-birinə bağlı olduğunu da xüsusi vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol