Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.
“BUTA.TV” Ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.
2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.

- Deputatdan xəbərdarlıq: Kiyevi tərk edin, hazır olun!
- İsrail Suriyaya zərbə endirdi
- İspaniya Seutada vəziyyəti nəzarətə götürdü
- 10 gündən sonra daşqın bölgəsindən sağ tapıldı - Foto
- ABŞ-la Rusiya arasında gərginlik davam edir - Siluanov
- Türkiyə-Rusiya danışıqlarında mühüm irəliləyiş
- Rusiyada bu hava limanı bağlandı
- Ərdoğanın təbrikinə Meloni belə cavab verdi